10 iyun 2023 09:46
520

Efiopiyalı idmançı yeni dünya rekordu müəyyənləşdirib

Tokio Olimpiadasının gümüş mükafatçısı efiopiyalı Lamexa Qirma Parisdə keçirilən Brilyant Liqasında 3 000 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, 22 yaşlı Qirma məsafəni 7 dəqiqə 52,11 saniyəyə qət edib. Qeyd edək ki, əvvəlki nailiyyət 3 sentyabr 2004-cü ildə qətərli Saif Said Şahinə məxsusdur (7:53.63). 2021-ci ildə Tokio Olimpiadasında L.Qirma 3 000 metr məsafəyə maneələrlə qaçışda gümüş medal qazanıb. O, habelə eyni məsafədə iki dəfə dünya çempionatlarının gümüş medallarını qazanıb (2019, 2022).