09 iyun 2023 13:36
583

"Bavariya" Avstriya millisinin futbolçusunu transfer edib

Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.

“İki sahil” Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq “Leyptsiq”də çıxış edən Konrad Laymeri heyətinə qatıb.

26 yaşlı avstriyalı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, Konrad Laymer Avstriya millisinin də üzvüdür.