09 iyun 2023 10:06
467

Migel Andres Moreno: Biz qrupda favorit deyilik

"Hamıya aydındır ki, biz qrupda favorit deyilik".

“İki sahil” xəbər verir ki,  bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Moreno final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib. İspaniyalı mütəxəssis qrupda güclü kollektivlərin yer aldığını bildirib: "Bunu əvvəl də bilirdik. Çünki yarışın bu mərhələsində yalnız yüksək səviyyəli yığmalara rast gələ bilərsən. Bu turnirlərdən çox şey öyrənməli və komanda olaraq daha da inkişaf etməliyik".

Qeyd edək ki, Azərbaycan komandası A qrupunda Qazaxıstan və Rumıniya seçmələri ilə də üz-üzə gələcək.