09 iyun 2023 09:27
435

Məmmədyarov IX turda Niderland təmsilçisi ilə üz-üzə gələcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, 38 yaşlı qrossmeyster sonuncu - IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək. Məmmədyarov ötən turda armageddonda norveçli Maqnus Karlsenə yenilib. O, hazırda 10 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.