Argentinada keçirilən 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının növbəti yarımfinal matçı oynanılıb.
“İki sahil” xəbər verir ki, yarımfinalın ikinci matçında İtaliya və Cənubi Koreya üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradan İtaliya finala yüksəlib. Onun həlledici matçdakı rəqibi Uruqvay olacaq.