08 iyun 2023 16:45
571

“Neftçi”nin futbolçusu Gürcüstan yığmasına dəvət olunub

“Neftçi”nin futbolçusu Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub.

“İki sahil” xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

31 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin matçlarına çağırılıb. Gürcüstan millisi iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə qarşılaşacaq. Solomonun komandası hər iki görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.