08 iyun 2023 16:37
471

Azərbaycanın futzal millisinin elit-raunddakı rəqibləri bəlli oldu

Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.

“İki sahil” xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland

B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika

C qrupu: Xorvatiya Slovakiya Fransa Almaniya

D qrupu İspaniya İtaliya Sloveniya Çexiya

E qrupu Portuqaliya Gürcüstan Ermənistan Finlandiya

Elit-raund mərhələsinin oyunlar 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr

2-11 oktyabr

11-20 dekabr