08 iyun 2023 13:59
449

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama tarixi açıqlanıb

Misli Premyer Liqasında 2023/2024-cü illər mövsümünün start tarixi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, yeni futbol mövsümü 4 avqustda başlanacaq.

Misli Premyer Liqasından 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Yarışların püşkatması və digər detalları ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumatlar yerləşdiriləcək.