08 iyun 2023 11:30
489

“Barselona” Neymarı geri qaytarmağa qərar verib

Lionel Messini heyətinə qata bilməyən “Barselona”nın yeni hədəfi bəlli olub.

“İki sahil” xəbər verir ki, İspaniya nəhəngi Neymarı geri qaytarmağa qərar verib.

PSJ-nin braziliyalı ulduzunun keçidində əsas problem onun maaşının yüksək olmasıdır. PSJ də transfer üçün böyük məbləğ tələb edə bilər.

Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra azad agent olan Messi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.