08 iyun 2023 10:29
428

Mahrez “Əl-Əhli”nin hədəfinə düşüb

Səudiyyə Ərəbistanı klubları daha bir ulduzu heyətinə qatmaq istəyir.

“İki sahil”in məlumatına görə, “Mançester Siti”nin vingeri Riyad Mahrez də asiyalıların hədəfinə düşüb.

Vingerin xidmətində “Əl-Əhli” maraqlıdır. Klubun prezidenti Valid Muaat danışıqlar üçün İngiltərəyə yollanıb. Ötən mövsüm aşağı liqada çempion olan “Əl-Əhli” elitaya yüksəlib.

Qeyd edək ki, Mahrez ötən mövsümün 47 oyununda 15 qol vurub.