Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Səid Benrahma London təmsilçisini önə keçirib.
***
Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab bərabərləşib.
67-ci dəqiqədə Florensiya təmsilçisindən Cakomo Bonaventura tarazlığı bərpa edib 1:1.
***
Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab dəyişib.
90-cı dəqiqədə Carrod Bouen yenidən londonluları önə çıxarıb - 2:1. Oyun elə nu hesabla başa çatıb. "Vest Hem" UEFA Konfrans Liqasının qalibi olub.