07 iyun 2023 22:57
484

Mahir Emreli “Beşiktaş”a qol vurdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” klubu Türkiyə Super Liqasının 38-ci turunda “Beşiktaş”ın qonağı olub.

“İki sahil” xəbər verir ki,  matçın iştirakçısı olan yığmamızın üzvü bu matçda fərqlənib.

O, qarşılaşmanın 47-ci dəqiqəsində konyalıların 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib.