07 iyun 2023 12:10
433

Türkiyə təmsilçisinin baş məşqçisi dörd ildən sonra klubdan ayrıldı

Türkiyəli baş məşqçi Rıza Çalımbay "Sivasspor" klubundan ayrılıb.

“İki sahil” xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə açıqlama verib.

O, artıq vidalaşmaq vaxtı olduğunu bildirib: "Heç kimə qarşı incikliyim yoxdur. Bura mənim məmləkətimdir. Yenidən qayıtmaq üçün gedirəm".

Qeyd edək ki, Rıza Çalımbay 2019-cu ildən "Sivasspor"da işləyib. Komanda onun rəhbərliyi altında 2021/2022 mövsümündə Türkiyə Kubokunu qazanıb.