KÖŞƏ

Vəli İlyasov

Sərhədsiz hay həyasızlığı...

07 iyun 2023 01:13
3959

Onlar quyruqlarını qısıb 29,8 kvadratkilometrlik ərazidə sakit otursalar qulaqları dinc, başları salamat olar

Heç bir şəksiz-şübhəsiz bu ermənilər  dünyanın ən həyasız millətidir. Birinci və ikinci Qarabağ müharibələrində hamı bunu gördü. Hətta biabırçı surətdə darmadağın olunandan sonra da vanka-stoyanka kuklaları kimi kürəklərini yerə vurmaq istəmirlər. Belə görünür ki, “dəmir yumruq” Ermənistandakı bəzi dairələrə dərs olmayıb. Bunlar məğlub tərəf kimi davranmaqdansa yenə də qızışdırıcı mövqelərindən əl çəkmir, sülh danışıqlarını uzatmaqla nəyəsə nail olmağa çalışırlar. Baş nazir Nikol Paşinyanın Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak etməsi də buna hesablanıb. Əks təsdirdə, Gədəbəyin Başkənd kəndinə iddia etməz, 40 kvadratkilometrlik ərazinin anklavlarla mübadiləsindən danışmazdılar. Azərbaycanın 20 faizədək ərazisini otuz ilə yaxın işğalda saxlayan, 700 mindən çox  vətəndaşını yurdundan didərgin salan, 300 minədək azərbaycanlını dədə-baba torpaqlarından, Qərbi Azərbaycandan deportasiya edən, minlərlə dinc sakinin və hərbçimizin ömrünə son qoyan, sərvətlərimizi tar-mar edən ölkənin nəyisə diktə etməyə, şərt irəli sürməyə, “mübadilə” sözünü dilə gətirməyə belə dili olmamalıdır. Biz deyirik ki, ay Hayastan, sən hələ Azərbaycana, Qərbi azərbaycanlılara vurduğun zərbələrin cavabını ver, yüz milyardlarla dollarlıq kompensasiyanı ödə, rəsmən üzr istə, sülh müqaviləsi imzala, ondan sonra söz istə. Haylar belə düşünürlər ki, Nikol Paşinyan Ankarada Azərbaycan və Türkiyə prezidentləri ilə görüş fürsəti əldə edibsə, onların ürəyini ələ ala bilib və tarixən olduğu kimi, türkün humanizmindən sui-istifadə edərək gizli  niyyətlərini reallaşdıra biləcəklər. Bu mənada anklavlar məsələsini ortalığa atıblar. Hamısı xam xəyallardır. Bu dəfə keçməyəcək, başımız çox çəkib, bilirik ki, hayların “ipinin üstünə odun yığmaq"olmaz.

Azərbaycan dövlətinin mövqeyi aydındır: kimsə onun anklavlarla bağlı qarşılıqlı razılaşmaya və yaxud hansısa anlaşmaya getdiyini iddia edə bilməz. Azərbaycanın qəti mövqeyi belədir ki, əraziləri son qarışına qədər işğaldan azad olunmalıdır, özü də Ermənistan tərəfdən heç bir şərt irəli sürülmədən. Tarixən ermənilərin yaşamadığı, 1980-ci illərdə isə 60 minədək azərbaycanlının içərisində cəmi 3 erməninin olduğu iddia edilən Laçında işğal dövründə süni məskunlaşdırılan ermənilər Kərkiyə yerləşdirilib. İndi onlar şivən salıblar ki, bəs, biz yenə də qaçqın düşəcəyik. Cəhənnəmə ki! Sənin nə ölümün vardı laçınlının halaca, doğma evində? Kim tapşırmışdı ki, laçınlının evindən çıx, sonra get Kərki kəndindəki azərbaycanlının evinə soxul?! Vaxtilə Xocalıya köçən qaçqın-köçkünlər var idi, axıska türkləri də daxil olmaqla onların başına nə müsiblətlər gətirdiyinizi unutmusunuzmu? Xocalı qətliamını bütün dünya bilir və əndamınıza tüpürür. Azərbaycan dövləti heç vaxt hay mülkilərlə bu sayaq davranmadı. Şuşa şəhərində kütləvi məzarlıqlar aşkarlanır, hələ 4 minədək itkinimizdən isə xəbər yoxdur. Şübhəsiz ki, onları da vəhşiliklə qətlə yetirmisiniz! Əsl soyqırımı budur! Ona görə də kimsə Laçın gömrüyündə, sərhəd məntəqəsində ermənilərin pasportunun yoxlanmasından “genosid” şousu yaratmağa cəhd eləməsin.

Ən nəhayət, Xankəndi şəhəri, Şuşa rayonunun bir qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun bir qəsəbəsi, 44 kəndi, Xocalı şəhəri, rayonun bir qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi Qarabağdakı 10 minlik qeyri-qanuni erməni ordusunun işğalında qalmaqdadır. Ermənistan rəhbərliyi yaxasını kənara çəkməsin ki, “bizim Qarabağ ermənilərinin əvəzinə danışmaq hüququmuz yoxdur”. Ermənistan ordusu Qarabağ döyüşlərində məhv olmadımı? Qarabağla bərabər, Azərbaycanın 7 rayonunu işğal edən, şəhər və kəndləri yandırıb külə döndərən xaricdən və İrəvandan gətirilən başkəsənlər deyildimi? Qarabağ ermənilərinə ildə yarım milyard dollaradək pul göndərə bilirsiniz, onların əvəzindən danışa bilmirsiniz?!

Haylar indi yenə ara qatmaqla məşğuldurlar. Nikol Paşinyan 1975-ci il xəritəsindən bərk yapışıb, olsun... Söz də, hüquq da, haqq da bizim tərəfimizdədir. O halda Azərbaycan da masaya 1918-19-20-ci illərin xəritələrini qoyacaq, 114 min kvadratkilometrlik Azərbaycanın xəritəsini. Hüquq məsələsi ortaya gəlirsə, o halda Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 2-cü maddəsini xatırlayaq: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Bu, o deməkdir ki, ermənilər bizimlə öz tarixi torpaqlarımızla alver edə bilməz. O babaları ölüb. Quyruqlarını qısıb  29, 8 kvadratkilometrilik  ərazidə sakitcə orursalar bu, qulaqları dinc, başları salamat olar. Əks təqdirdə...