06 iyun 2023 11:34
338

“Brayton” Makallisterin “Liverpul”a transferindən 60 mln. avro əldə edəcək

“Liverpul”un yeni futbolçusu Aleksis Makallisterin maaşı bəlli olub.

“İki sahil”in məlumatına görə, argentinalı yarımmüdafiəçi ildə 6 milyon funt qazanacaq.

“Brayton” futbolçusunun transferindən 60 milyon avro əldə edəcək. 24 yaşlı cənubi amerikalının “Liverpul”la müqaviləsi 2028-ci ilədək nəzərdə tutulacaq.

Qeyd edək ki, Argentina yığması ilə dünya çempionu olan Aleksis “Brayton”dakı son mövsümündə 40 oyun keçirib və 12 qola imza atıb.