Frank de Burun yeni komandası bəlli olub.
“İki sahil” xəbər verir ki, niderlandlı mütəxəssis “Əl-Cəzirə”nin baş məşqçisi təyin edilib.
53 yaşlı çalışdırıcı yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Onun BƏƏ təmsilçisi ilə anlaşması iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, “Əl-Cəzirə” son çempionatda 5-ci yeri tutub.