06 iyun 2023 10:08
493

"Turan Tovuz"un futbolçusu Panama millisinə dəvət alıb

"Turan Tovuz" klubunun futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

“İki sahil” xəbər verir ki, 31 yaşlı müdafiəçi 11-18 iyunda KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF "Gold Cup 2023"də yığmanın sərəncamında olacaq. Qeyd edək ki, Roderik Miller Panama millisində 30 oyun keçirib və 1 qola imza atıb.