05 iyun 2023 15:33
389

Moyses Kaysedo karyerasını "Arsenal"da davam etdirəcək

İngiltərədə "Brayton"un futbolçusu Moyses Kaysedo karyerasını "Arsenal"da davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 21 yaşlı ekvadorlu London klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.

Başqa bir ingilis klubu “Çelsi” yarımmüdafiəçiyə daha yüksək məbləğli maaş təklif etsə də, Kaysedo seçimini “topçular”ın xeyrinə edib. Klublar arasında davam edən danışıqların yaxın vaxtlarda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, son mövsümdə 43 matçda iştirak edən gənc futbolçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib.