05 iyun 2023 12:05
299

Argentina çempionatında faciə

Argentina Premyer Liqasında ötən gecə keçirilən "River Pleyt" - "Defensa Xustisiya" matçında faciə yaşanıb.

“İki sahil” xəbər verir ki, matçın 14-cü dəqiqəsində azarkeşlərdən biri tribunadan yıxılıb. 15 metr yüksəklikdən yerə düşən fanat hadisə yerində həyatını itirib.

Görüşün baş hakimi matçın 25-ci dəqiqəsində, hesab 0:0 olarkən matçı yarımçıq saxlayıb.

Polisin araşdırmaya başladığı və görüşün keçirildiyi "Monumental" stadionunun 24 saatlıq bağlandığı bildirilib.