05 iyun 2023 07:48
672

Türkiyə Prezident Bakıda taekvondo üzrə dünya çempionatında medal qazanan milli idmançıları təbrik edib

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına 3 qızıl və 3 bürünc medal qazanan milli idmançıları təbrik edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı sosial media hesablarında paylaşım edən Türkiyə Prezident qadın və kişilərdən ibarət Türkiyə Taekvondo Milli komandalarına təşəkkürünü bildirib. Paylaşımda qızıl və bürünc medal qazanan idmançıların adları və şəkilləri də yer alıb.