05 iyun 2023 02:17
492

Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurub

Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Z.İbrahimoviç İtaliya çempiionatının “Milan” – “Verona” oyunundan (3:1) sonra azarkeşlər üçün təşkil olunan vida mərasimində deyib. "Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə vidalaşmıram, əziz azarkeşlər", - deyə o bildirib.

Zlatan İbrahimoviçin 41 yaşı var və 2020-ci ildən "Milan"da çıxış edir. Lakin o, zədə və diz əməliyyatı səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxdı. Bu mövsüm Z.İbrahimoviç İtaliya çempionatında cəmi dörd oyuna çıxıb və bir qol vurub.