06 aprel 2023 16:52
391

Lempard növbəti dəfə "Çelsi"nin baş məşqçisi olub

İngiltərənin "Çelsi" klubu Frenk Lempardın baş məşqçi təyin olunduğunu açıqlayıb.

“İki sahil” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis mövsümün sonunadək "zadəganlar"a rəhbərlik edəcək.

Qeyd edək ki, 2001-2014-cü illərdə "Çelsi"də oynamış keçmiş yarımmüdafiəçi 2019-2021-ci illərdə komandanın sükanı arxasında olub.