06 aprel 2023 14:13
354

Çeferin Rusiya ilə bağlı qərarı açıqladı

Dünən yenidən UEFA prezidenti Aleksander Çeferin Rusiya ilə bağlı qərarı açıqlayıb.

"İki sahil" Sportschau"ya istinadən xəbər verir ki, o, Ukraynaya ilə müharibə səbəbindən turnirlərdən kənarlaşdırılan Rusiya ilə bağlı qərarın qüvvədə qaldığını deyib: "Müharibə bitənə qədər nəyisə dəyişmək ehtimalını görmürəm".

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası və klubları ötən ildən beynəlxalq yarışlardan kənarlaşdırılıb.

“Ruslar 9 aydır Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilmirlər”.

"İki sahil” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, bu, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimovun uğursuzluğunun təzahürüdür: “Şərqdəki rus qoşunları vahid strateji məqsədə nail ola bilməzlər. Onlar bir neçə istiqamətdə bataqlığa düşüb güclərini tükəndirirlər".

Çerevatının sözlərinə görə, qarşı tərəfin ərazilərin ələ keçirilməsinə dair məlumatları doğru deyil.

Qeyd edək ki, uzun müddətdir Baxmutda gərgin döyüşlər gedir. Rusiya tərəfi şəhərin mühasirəyə alındığını bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, əməliyyat şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.