06 aprel 2023 00:28
440

Polis İtaliya klublarının bazasında axtarış apardı

İtaliya Maliyyə Polisi A seriyasında mübarizə aparan 3 klubun - “Roma”, “Latsio” və “Salernitana”nın bazasında axtarış aparıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “Corriere dello Sport” məlumat yayıb. 

Axtarışlara səbəb kimi 2017-2021-ci illərdə 4 mövsüm ərzində sözügedən klublar tərəfindən həyata keçirilən futbolçu transferlərində qanunauyğunsuzluqların olduğu göstərilib.

Lakin hansı transferlərin araşdırıldığı, dəlil tapılıb-tapılmadığı açıqlanmayıb.