Argentinalı futbolçu Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb.
“İki sahil” xəbər verir ki, 30 yaşlı hücumçu İstanbul təmsilçisinin NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.
Təcrübəli forvard bunu "Başakşehir"ə qarşı keçirilən Türkiyə Kubokunun 1/4 final oyununun 51-ci dəqiqəsində fərqlənməklə bacarıb. O, komandasının 2-ci qoluna imza atıb.