05 aprel 2023 15:54
437

Bu gün "El-Klassiko" var

Bu gün İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin digər cavab oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Barselona" əzəli rəqibi "Real"ı qəbul edəcək. "El-Klassiko" Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Atletik"i mübarizədən kənarlaşdıran "Osasuna" turnirin finalına yüksəlib.

5 aprel

İspaniya Kral Kuboku

Yarımfinalın cavab oyunu

23:00."Barselona" - "Real"

İlk oyun -1:0