05 aprel 2023 14:46
316

Messiyə 400 milyon avroluq təklif

Səudiyyə Ərəbistanını "Əl-Hilal" klubu PSJ-nin futbolçusu Lionel Messiyə rəsmi təklif göndərib.

"İki sahil" Fabrizio Romano"nun "Tvitter" səhifəsinə istinadla xəbər verir ki, argentinalı hücumçu təklifi qəbul edəcəyi təqdirdə, illik 400 milyon avrodan çox maaş alacaq.

Ancaq Messinin özünün  prioritetinin "Barselona"ya qayıtması olduğu vurğulanır. 

Qeyd edək ki, 35 yaşlı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi bu ilin yayında başa çatır.