05 aprel 2023 11:53
341

AFFA-nın təlimatçıları Polşada məşqçilərin seminarına qatılıblar

AFFA-nın təlimatçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov Polşanın Qdansk şəhərində keçirilən qapıçılar üzrə məşqçilərin seminarına qatılıblar.

Qurumdan “İki sahil”ə verilən məlumata görə, təlimatçılar üçün nəzərdə tutulan seminar UEFA-nın təşkilatçılığı ilə baş tutur.

Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov aprelin 6-dək davam edəcək toplantıda iştirak edirlər.