04 aprel 2023 21:16
451

AVRO-2025-ə ev sahibliyi edəcək ölkə bəlli olub

Qadın futbolçular arasında 2025-ci il Avropa çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, turnir İsveçrədə keçiriləcək.

Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.

16 komandanın iştirak edəcəyi turnir 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında gerçəkləşəcək.