04 aprel 2023 17:59
370

"Kasımpaşa"dan 3-cü dəfə eyni baş məşqçiyə təyinat

"Kasımpaşa"nın yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki,  sonra Selçuk İnanın istefasında bu vəzifəyə Kemal Özdeş təyin edilib. Bu, onun Türkiyə Superliqası təmsilçisinə 3-cü təyinatı olub. 

Qeyd edək ki, K.Özdeş bundan əvvəl 2016-cı ilin sentyabrından 2018-ci ilin oktyabrına kimi, daha sonra 2019-cu ilin iyunundan həmin ilin sonuna kimi "Kasımpaşa"nı çalışdırıb.