04 aprel 2023 14:15
328

"Mançester Yunayted" futbolçusu ilə müqavilənin müddətini uzatdı

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Luk Şou ilə müqavilənin müddətini uzadıb.

“İki sahil” "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulur.

Qeyd edək ki, ingiltərəli oyunçu 2014-cü ildən Mançester təmsilçisinin formasını geyinir.