04 aprel 2023 12:23
480

Ən çox Avropa çempionatında qol vuran futbolçular müəyyənləşib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatlarının ən çox mövsümündə qol vuran futbolçuları açıqlayıb.

“İki sahil”  qurumun saytına istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

38 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində fərqlənməklə, 6-cı dəfə qitə birinciliyinin təsnifat və ya final mərhələsində qol vuraraq, yeni rekorda imza atıb. Onu finlandiyalı Yari Litmanen və irlandiyalı Robbi Kin 5 qitə birinciliyində fərqlənərək izləyirlər.

Futbolçu

Ölkəsi

Vurduğu qollar (seçmə mərhələ + final mərhələsi)

Kriştianu Ronaldu

Portuqaliya

2004 (0+2), 2008 (8+1), 2012 (7+3), 2016 (5+3), 2020 (11+5), 2024 (4+0)

Yari Litmanen

Finlandiya

1992 (1+0), 1996 (4+0), 2000 (1+0), 2008 (3+0), 2012 (1+0)

Robbi Kin

İrlandiya

2000 (5+0), 2004 (2+0), 2008 (4+0), 2012 (7+0), 2016 (5+0)