03 aprel 2023 15:16
412

Geryenin zədəsi ciddidir

Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə oyunda (1:1) zədələnən "Zirə"nin futbolçusu Donald Geryenin durumu müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib. Onun sözlərinə görə, ayağından zədə alan haitili müdafiəçi təxminən 4 həftə meydana çıxa bilməyəvək.

Qeyd edək ki, Gerye "Neftçi" ilə görüşün 36-cı dəqiqəsində zədələnərək əvəzlənmişdi.