03 aprel 2023 13:19
331

Pereyra: Kluba hörmət etmirik, çempionluq çətin olacaq

PSJ-nin yarımmüdafiəçisi Danilu Pereyra Fransa çempionatının 29-cu turunda evdə "Lion"a uduzduqları oyundan (0:1) sonra jurnalistlərə açıqlama verib. 

“İki sahil” xəbər verir ki, o Paris klubuna yaraşan şəkildə çıxış etmədiklərini deyib:

“Biz kluba hörmət etmirik, özümüzü meydanda tam göstərmirik. Bu cür davam etsək, çempionluq çətin olacaq. İndi komanda çətin dövr yaşayır. 2-ci pillədəki "Lans"la fərq o qədər də böyük deyil. Cəmi altı xal fərq var. Biz çox şeyi dəyişməliyik, amma bu barədə danışmaq mənə yaraşmaz".

29 turdan sonra PSJ 66 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci pillədəki "Lans"ın 60 xalı var.