03 aprel 2023 12:11
347

Brendan Rocers də istefaya göndərildi

"Lester" baş məşqçisi Brendan Rocerslə yolları ayırıb.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Rocers 2019-cu ildən "Lester"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu (2020/21) və İngiltərə superkubokunu (2021) qazanıb.

Qeyd edək ki, "Lester"  Premyer Liqanın cədvəlində hazırda 25 xalla 19-cu yerdədir.

Xatırladaq ki, dünən Premyer Liqanın digər təmsilçisi "Çelsi" də baş məşqçisi Qrem Potteri istefaya göndərdiyini elan edib.