Misli Premyer Liqasının 28-ci turunda bu gün "Qəbələ"yə qalib gələn (3:2) "Sabah" avrokuboklara vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, 2-ci pillədə olan Murad Musayevin komandası sona 8 tur qalmış 4-cü pillədə qərarlaşan "Zirə"ni 27 xal qabaqlayaraq bu hüququ əldə edib. Hazırda "Sabah"ın 65, "Zirə"nin isə 38 xalı var.
"Sabah" tarixində ilk dəfədir avrokuboklara vəsiqə qazanır.
Qeyd edək ki, daha əvvəl lider "Qarabağ" da avorkuboklarda iştirak hüququ əldə etmişdi.