Bu gün Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Sabah" "Qəbələ"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, 5 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib - 3:2.
Belə ki, qarşılaşmanın 9-cu dəqiqəsində İlkin Qırtımov topu öz qapısından keçirib. 21-ci dəqiqədə isə Ülvi İsgəndərov “Qəbələ”nin bərabərlik qolunu vurub.
Matçın 27-ci dəqiqəsində Feras Abu Akal qonaqları hesabda önə çıxarsa da 86-cı dəqiqədə Coy Lens Mikels hesabı bərabərləşdirib – 2-2. Görüşdə son nöqtəni 90+5-ci dəqiqədə qoyan Aleksey Kaşuk “Sabah”ın qələbəsini rəsmiləşdirib – 3-2.
Misli Premyer Liqası,
28-ci tur
2 aprel (bazar)
18:00. “Sabah” 3–2 “Qəbələ”
Qollar: İlkin Qırtımov, 9-avtoqol (1:0), Ülvi İsgəndərov, 21 (1:1), Feras Abu Akal, 27 (1:2), Coy Lens Mikels, 86 (2:2), Aleksey Kaşuk, 90+5 (3:2)
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
“Bank Respublika Arena”