02 aprel 2023 18:42
445

Kadi "Krasnodar"da 3-cü qolunu vurdu

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki,  “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin çıxış etdiyi “Krasnodar” səfərdə autsayder "Ximki" ilə qarşılaşıb. Qonaqlar rəqibinə 6:0 hesabı ilə qalib gəlib. 

Kadi 46-cı dəqiqədə meydana çıxıb. Braziliyalı yarımmüdafiəçinin oyuna girməsindən sonra komandası 5 qol vurub. 

Krasnodarlıların 4-cü qolunun müəllifi isə Kadi olub. O, 63 dəqiqədə fərqlənib. Beləliklə, Kadi yeni komandasında meydana çıxdığı 4-cü oyunda 3-cü qolunu vurub.

Qeyd edək ki, "Krasnodar" 21 oyuna 32 xalla 8-ci pillədə qərarlaşıb.