Azərbaycan Basketbol Liqasında XXIII tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində 23-cü turun bağlanış oyunu baş tutub.
"Gəncə" doğma azarkeşlər önündə, "Zirvə Astara" basketbolçularını qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər 98-89 hesablı qələbə qazanaraq, play-off zonasındakı yerlərini bir qədər də möhkəmləndiriblər. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 34 xal, 11 asist), "Zirvə Astara BK" (Darin Conson - 24 xal, 4 ribaund )