02 aprel 2023 16:56
519

"Gəncə" növbəti qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqasında XXIII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki,  son olaraq "Gəncə" "Zirvə Astara"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 98:89 hesablı qələbəsi ilə bitib.

Beləliklə, ardıcıl dördüncü qalibiyyətini əldə edən Gəncə təmsilçisi play-off zonasındakı yerini bir qədər də möhkəmləndirib.