02 aprel 2023 16:28
372

Mahir Emrelinin komandası "Ümraniyespor"la heç-heçə edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda Türkiyə Super Liqasının XXVII turunda "Ümraniyespor"un qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Görüşə start heyətdə başlayan Emreli 67-ci dəqiqədə Bruno Pazla əvəzlənib. Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Ümraniyespor" 17-ci pillədə qərarlaşıb. Qonaqlar 35 xalla 8-ci sıradadır.