01 aprel 2023 22:26
378

"İnter" yenə uduzdu

"İnter" İtaliya A seriyasında 28-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda "Fiorentina"nı qəbul edib və 0:1 hesabı ilə uduzub. Komanda ölkə çempionatında ardıcıl 3-cü dəfə məğlub olub.

"İnter" 0-1 "Fiorentina"
Qol: Bonaventura, 53

Bu nəticədən sonra "İnter" 50 xalla (28 oyun) 3-cü pillədə qalıb. "Fiorentina" 40 xalla (28 oyun) 8-cidir. Turnir cədvəlinə  71 xalla (27 oyun) "Napoli" başçılıq edir. "Latsio" 52 xalla (27 oyun) 2-cidir.