01 aprel 2023 18:02
402

"Mançester Siti" "Liverpul"u darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIX tura start verilib.

“İki sahil” xəbər verir ki, açılış matçında "Mançester Siti" "Liverpul"u qəbul edib.

"Etihad" stadionundakı qarşılaşma "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını 27-ci dəqiqədə Xulian Alvares, 46-cı dəqiqədə Kevin De Brüyne, 53-cü dəqiqədə İlkay Gündoğan, 74-cü dəqiqədə Cek Qriliş vurub. Qonaqların heyətində 17-ci dəqiqədə Məhəmməd Salah fərqlənib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" xallarının sayını 64-ə çatdırıb. Mersisayd təmsilçisi hələlik 42 xalla altıncıdır.