01 aprel 2023 17:48
407

"Kəpəz" "Səbail"ə qalib gəldi

Misli Premyer Liqasında 28-ci turu çərçivəsində “Kəpəz” “Səbail”i qəbul edib.

“İki sahil” xəbər verir ki, "Kəpəz"in futbolçusu Ahmed Ayzayanın 66-cı dəqiqədə penalti zərbəsini "Səbail"in qapıçısı Emil Balayev dəf edib. 69-cu dəqiqədə isə Abdullahi Şuaybu hesabı açıb.

Başqa qolun vurulmadığı qarşılaşmada  “Kəpəz” qələbə qazanıb.

Misli Premyer Liqası,

28-ci tur

1 aprel

15:30. “Kəpəz” 1–0 “Səbail”

Qol: Abdullahi Şuaybu,  69

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu

Reallaşdırılmayan penalti: "Kəpəz"in futbolçusu Ahmed Ayzayanın 66-cı dəqiqədə penalti zərbəsini "Səbail"in qapıçısı Emil Balayev dəf edib.

Gəncə şəhər stadionu