31 mart 2023 16:17
387

“Turan Tovuz”un legioneri zədələnib

“Turan Tovuz”un legioner futbolçusu Piruzi Marakvelidze zədələnib.

“İki sahil” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”la oyunda sıradan çıxıb.

Tovuz şəhər stadionunda keçirilən görüşün 42-ci dəqiqəsində əzələsi dartılan Marakvelidze mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Ayxan Abbasov məcburi əvəzləməyə əl ataraq, onun yerinə Turan Vəlizadəni meydana buraxıb.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən oyunda “Turan Tovuz” 2:1 hesabı ilə öndədir.