31 mart 2023 16:03
331

Millinin baş məşqçisi 7:0-lıq qələbədən sonra istefaya göndərildi

İslandiya millisinin baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyası məlumat yayıb. 

Maraqlıdır ki, bu, İslandiya yığmasının Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyn üzərində 7:0-lıq səfər qələbəsindən sonra baş verib. İslandiya Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynə qalib gəldiyi matçdan əvvəl isə Bosniya və Herseqovina millisinə məğlub olub (0:3).

Qeyd edək ki, Arnar 2020-ci ildən bu komandanı çalışdırırdı.