Marselo Byelsanın yeni iş yeri müəyyənləşib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəsis Uruqvay millisini çalışdıracaq. Tərəflər arasında danışıqlar son mərhələdədir. Müqavilə DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər qüvvədə olacaq. Komanda turnirə vəsiqə qazanacağı təqdirdə, müqavilənin müddətinin uzadılması ehtimalı var.
Qeyd edək ki, Dieqo Alonsonun istefasından sonra Uruqvay millisini fevraldan müvəqqəti baş məşqçi vəzifəsinə təyin edilmiş Marselo Broli çalışdırır.
Xatırladaq ki, Byelsanın son klubu ötən ilin fevralında ayrıldığı "Lids" olub.