29 mart 2023 00:38
752

Gürcüstan millisi “Avro-2024” seçmə mərhələsində Norveçlə heç-heçə edib

Bu gün futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində Gürcüstan millisi ilk oyununu Norveç komandasına qarşı keçirib.

“İki sahil” xəbər verir ki,  A qrupunda yarışan komandalar “Batumi-Arena”da üz-üzə gəliblər.

Oyun 1:1 hesabı ilə başa çatıb.