"İnter" futbolçusu Hakan Çalhanoğlu müqaviləni yeniləməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun Milan təmsilçisi ilə yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulacaq. Tezliklə "İnter" bütün lazımi sənədləri tamamlayacaq.
Türkiyəli futbolçunun hazırkı müqaviləsi 2024-cü ilə qədər hesablanıb.