Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda millimizi dəstəkləmək üçün Şimali Avropa ölkələrində yaşayan yüzlərlə həmvətənimiz bir yerə toplaşıb.
“İki sahil” xəbər verir ki, Danimarka, Finlandiya, Norveç və İsveçin müxtəlif şəhərlərindən Stokholmdakı “Friends Arena”ya toplaşan diasporumuzun fəalları futbol millimizin oyunçularına dəstək olaraq müxtəlif şüarlar səsləndirirlər.